
“Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı hücumçu ilə “Əl-Hilal” maraqlanır.
Səudiyyə Ərəbistanı klubu Məhəmməd Salahla bağlı danışıqların kəsilməsindən sonra diqqətini Osimhenə yönəldib. Misirli forvard “Liverpul”da qalmaq qərarına gəlib və yeni müqavilə imzalayıb.
Osimhen bu mövsüm 35 oyun keçirib, 30 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 70 milyon avrodur.