
Türkiyə kubokunun yarımfinal mərhələsində keçirilən “Konyaspor” - “Qalatasaray” matçında öncə xoşagəlməz hadisə yaşanıb.
Sportinfo.az xəbər verir ki, matçı idarə edəcək baş hakim Abdullah Buğra Taşkınsoyun ürəyində problem yaranıb. Bu səbəbdən o xəstəxanaya çatdırılıb.
Qarşılaşmanı isə dördüncü hakim Ali Yılmaz idarə edir.