“Yaxşı oyunçular gətirdik, əlimizdən gələn hər şeyi etdik” – ÜZR VİDEOsu

22 Aprel 22:00 Türkiyə 171
“Yaxşı oyunçular gətirdik, əlimizdən gələn hər şeyi etdik” – ÜZR VİDEOsu

“Fənərbaxça”nın vitse-prezidenti Acun Ilıcalı ötən gün komandasının “Kayserispor”la 3:3-lük bərabərliyə imza atdığı oyundan sonra açıqlamalar verib.

Sportinfo.az xəbər verir ki, o, bu xal itkisinin çox ciddi itki olduğunu bildirib:

“Bizim üçün üzücü bir axşam oldu. “Fənərbaxça” üçün də, azarkeşlər üçün də çətindir.

Burada itirilən 2 xal son dərəcə ağır itkidir. Bununla bağlı məsuliyyət bizim və idarəçilərimizin üzərindədir.

Məşqçilərimiz, futbolçularımızla bir yerdə biz bir ailəyik. Azarkeşlərimizdən üzr istəyirik.

Biz də bütün gücümüzlə “Fənərbaxça” üçün çalışırıq. İdarəçilər olaraq çox üzgünük.

Bəzən bu cür olur, qol imkanlarından yararlana bilmirik, matç da bərabərliklə bitir. Açığı, çox yaxşı heyətimiz var.

Çox ciddi cəhdlər etdik, yaxşı oyunçular gətirdik. Əlimizdən gələn hər şeyi etdik.

Onların etirazlarına hörmət edirik. Azarkeşlər bizim canımızdır.

Tərəfdarlar dediklərində haqlıdırlar. Onlara deyəcəyim nəsə yoxdur.

Qarşıda 6 oyunumuz var və çempionluq şansımız çox azdır. Sonuna qədər mübarizə aparacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 16:50 Çək və bizə göndər!
22 Aprel 12:00 Musa klub satın aldı
22 Aprel 11:00 Bir bax gör... TƏKLİF!
22 Aprel 08:40 "Mən razı qalmadım"
22 Aprel 03:00 İkisində də 2:1