16 ildən sonra Super Liqaya qayıtdılar, ölkə prezidenti təbrik etdi - FOTO

15:40 Türkiyə 210
16 ildən sonra Super Liqaya qayıtdılar, ölkə prezidenti təbrik etdi - FOTO

Yeni mövsüm üçün Türkiyə Super Liqasına vəsiqə qazanan ilk komanda bəlli olub.

Sportinfo.az xəbər verir ki, “Kocaelispor” 1-ci liqada sona 3 tur qalmış bunu bacarıb.

Komanda növbəti turların nəticələrindən asılı olmayaraq, çempionluğu təmin edib və elitaya vəsiqə qazanıb.

“Kocaelispor” sonuncu dəfə 16 il əvvəl - 2008/2009 mövsümündə Super Liqada çıxış edib.

Həmin mövsüm Azərbaycan milli komandasının sabiq kapitanı, hazırda “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqov da “Kocaelispor”da oynayıb.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan da “Kocaelispor”u 16 ildən sonra Super Liqaya yüksəldiyi üçün təbrik edib.

Digər Xəbərlər
Xəbər Lenti