
Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, “Fənərbaxça” “Kayserispor”la üz-üzə gəlib.
Çempionluq yolunda İstanbul təmsilçisi üçün vacib olan matçda 3:3 hesablı heç-heçə qeydə alınıb.
Bu nəticə ilə kritik xal itirən “sarı-göy”lərin azarkeşləri matçdan sonra xaos yaradıblar.
Belə ki, “Fənərbaxça” azarkeşləri klub rəhbərliyini istefaya səsləyiblər. Daha sonra meydançada səsləndirilən mahnının səsini kəsmək üçün tribunada çaxnaşma düşüb.
Azərkeşlərdən birinin tribunada ürəyi gedib və yerə yıxılıb.