
Türkiyə Super Liqasında 31-ci turun görüşləri keçirilir.
Sportinfo.az xəbər verir ki, səfərdə "Sivasspor"la qarşılaşan "Fənərbaxça" çətin qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılmağı bacarıb.
Bu qələbə ilə xallarının sayını 71-ə çatdıraraq lider "Qalatasaray"la olan xal fərqini 3-ə endirib.
"Sivasspor" - "Fənərbaxça" 1:3
Qollar: E.Bəkiroğlu,57, - Talişka,42, D.Tadiç,47, 90
Qırmızı vərəqə: U.Radakoviç,85("Sivasspor")