Birillik illik müqavilə təklif etməyə hazırdır – Almaniyalı hücumçuya

11 Aprel 00:20 Türkiyə 240
Birillik illik müqavilə təklif etməyə hazırdır – Almaniyalı hücumçuya

Tomas Müllerin mövsümün sonunda “Bayern”dən ayrılacağı artıq məlumdur.

O, ötən həftə klubun başa çatacaq müqaviləsini uzatmamaq qərarına gəldiyini açıqlamışdı.

35 yaşlı hücumçu əlbəttə ki, digər klublardan təklif qıtlığı yaşamayacaq. Onun üçün variantlardan biri karyerasını Türkiyədə davam etdirməkdir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fənərbaxça” almaniyalı oyunçuya əməkdaşlığı daha bir mövsüm uzatmaq şərti ilə bir illik müqavilə təklif etməyə hazırdır.

İstanbul klubunun baş məşqçisi Joze Mourinyo mövsümün sonunda “Fənərbaxça”dan ayrılacaq Duşan Tadiç və Edin Dzekonu Müllerlə əvəzləmək istəyir.

Digər Xəbərlər
Xəbər Lenti