Qarşıdakı "transfer pəncərəsi”ndə endirimli qiymətə satıla bilər

9 Aprel 18:40 Türkiyə 1 104
Qarşıdakı "transfer pəncərəsi”ndə endirimli qiymətə satıla bilər

“Napoli”dən icarəyə götürülən “Qalatasaray”ın forvardı Viktor Osimhen qarşıdakı transfer pəncərəsində endirimli qiymətə satıla bilər.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçuya “Yuventus”, “Mançester Yunayted” və Avropanın digər top-klubları, həmçinin Səudiyyə Ərəbistanı çempionatının təmsilçiləri maraq göstərir.

26 yaşlı forvard bu yay təxminən 64 milyon avroya alına bilər. Onun “Napoli” ilə müqaviləsinin müddəti gələn ilin ortalarına qədərdir.

O, bu mövsüm “Qalatasaray”ın heyətində keçirdiyi 32 matçda 28 qol vurub və 6 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti