
“Fənərbaxça” və “Qalatasaray” arasında keçirilən İstanbul derbisində yaşanan gərgin anlarla bağlı cəzalar tətbiq edilib.
Sportinfo.az xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi (TFF) açıqlama yayıb.
Belə ki, “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo 3 oyunluq diskvalifikasiya edilib. Əlavə olaraq, Fred -3, Mert Hakan Yandaş -1, Sandro Zufiç - 4, Salvadore Foti isə 4 matçlıq diskvalifikasiya alıb.
Bildirilib ki, cəzalar kubok matçlarında tətbiq olunacaq.
Türkiyə Kubokunun 1/4 finalında keçirilən “Fənərbaxça” - “Qalatasaray” (1:2) derbisindən sonra da qalmaqallar səngiməyib.
Natç başa çatandan sonra baş məşqçilər arasında gərgin anlar yaşanıb.
“Fənərbaxça”nın portuqaliyalı çalışdırıcısı Joze Mourinyo rəqib məşqçi Okan Burukun burnundan tutun. “Qalatasaray”ın çalışdırıcısı isə bundan sonra yerə yıxılıb və yenidən arenada ara qarışıb.
Həmin anın görüntüsünü təqdim edirik: