
“Beşiktaş” – “Qalatasaray” matçının türk hakimə həvalə olunmasına “qara qartallar”ın prezidenti Serdal Adalı etiraz edib.
Sportinfo.az xəbər verir ki, buna görə o, Türkiyə Futbol Federasiyasının prezidentini istefa verməyə çağırıb.
“Çox bəsit bir standartı belə tətbiq edə bilməyən, verdiyi qərarın arxasında dura bilməyən Türkiyə Futbol Federasiyası öz gücünü itirib.
Futbolda yaşanan skandallarla türk insanının yaddaşına qalan, bundan öncəki Federasiya rəhbərindən ən xırda bir fərqi olmadığını göstərən hazırki prezident istefa verməlidir”.
Matç martın 29-da Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.