
Millətlər Liqasının pley-off mərhələsində keçirilən Macarıstan - Türkiyə (0:3) matçında gərgin anlar yaşanıb.
Sportinod.az xəbər verir ki, matçın gedişində “ay ulduzlular”ın futbolçusu Arda Gülərlə meydan sahiblərinin kapitanı Dominik Soboslai arasında münasibətlər gərginləşib və onlar üz-üzə gəliblər.
Matçdan sonra isə bir fotoqraf onların bu anlarını lentə alaraq paylaşıb. D.Soboslai həmin paylaşıma “1088” şərhini yazıb.
Bu isə marağa səbəb olub. Macar futbolçu bununla Arda Gülərin “Real”da meydana çıxdığı dəqiqələrə işarə edib.
A.Gülər Madrid klubunda olduqca az şans qazanır. Bu mövsüm cəmi 1088 dəqiqə meydanda olub. Soboslai da onun az oynamasına diqqət çəkərək Ardaya lağ edib.