
UEFA Millətlər Liqasında pley-off mərhələsinin növbəti oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, Türkiyə yığması doğma meydanda Macarıstanı qəbul edib.
Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.
Matçda Orkun Kökçü, Kərəm Aktürkoğlu və İrfan Can Kahveçi Macarıstanın qapısına yol tapıblar. Qonaqların yeganə qolunu isə Andraş Şafer vurub.
Komandalar arasında cavab oyunu martın 23-də təşkil olunacaq.
Türkiyə millisi 12 sentyabr 2007-ci ildə macarlara qarşı son qələbəsindən sonra keçirdiyi 5 matçın 4-də uduzub, 1-də meydandan bərabərliklə ayrılıb.
Bu nəticə ilə Türkiyə yığması 5 matçdan sonra Macarıstanı məğlub etməyi bacarıb.
Türkiyə - Macarıstan 3:1
Qollar: Orkun Kökçü, 9, Kerem Aktürkoğlu, 69, İrfan Can Kahveci, 73 - Andras Şafer, 23