“Vaxtı geri qaytara bilsəydim, oradan ayrılmazdım, mənə dəyər verdiyini başa düşmədim”

20 Mart 20:50 Türkiyə 269
“Vaxtı geri qaytara bilsəydim, oradan ayrılmazdım, mənə dəyər verdiyini başa düşmədim”

Hazırda “Qalatasaray”da icarə əsasında çıxış edən “Milan”ın hücumçusu Alvaro Morata peşman olduğu keçidini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Atletiko”da olarkən baş məşqçi Dieqo Simeonenin ona dəyər verdiyini başa düşmədiyini bildirib:

“Vaxtı geri qaytara bilsəydim, “Atletiko”dan ayrılmazdım. Ancaq sonra Dieqo Simeonenin mənə dəyər verdiyini başa düşmədim”.

32 yaşlı Morata 2019-cu ildə madridliləri “Çelsi”yə dəyişib. O, bu mövsüm Türkiyə çempionatında 4 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti