Azərbaycanlı oyunçuya şans verməyən baş məşqçini qovdular!

7 Mart 02:40 Türkiyə 1 088
Azərbaycanlı oyunçuya şans verməyən baş məşqçini  qovdular!

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Çorum” baş məşqçisiz qalıb.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi komandanın baş məşqçisi Serkan Özbaltı istefaya göndərib.

Bu, birinci liqanın 28-ci turunda "Boluspor"a evdə məğlubiyyətdən (0:2) sonra baş verib.

Ardıcıl uğursuzluqlardan sonra hesabında 39 xal olan “Çorum” 10-cu pilləyə düşüb.

Özbalta "Çorum"un yeni transferi Coşqun Diniyevə daha çox oyun vaxtı vermədiyinə görə də fanatlar tərəfindən tənqid olunurdu.

Digər Xəbərlər
Xəbər Lenti