“Qalatasaray” mənə hücum çəkməkdə ağılsızlıq etdi”

00:10 Türkiyə 106
“Qalatasaray” mənə hücum çəkməkdə ağılsızlıq etdi”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Qalatasaray”ın irqçilik ittihamları haqda danışıb.

Mourinyo “Qalatasaray”la oyundan sonra rəqib komandanın futbolçuları və məşqçiləri haqda “meymun kimi tullanırlar” ifadəsi işlətmişdi.

Bundan sonra o, iki oyunluq diskvalifikasiya olunub.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis irqçilik ittihamı ilə hücuma məruz qalmağın xoş olmadığını bildirib:

“Onlar mənim keçmişimdən xəbərsiz olduqları üçün mənə hücum çəkməkdə ağılsızlıq etdilər. Mənim Afrika ilə, afrikalılarla, afrikalı oyunçularla və xeyriyyə təşkilatları ilə əlaqələrimdən xəbərləri yox idi.

Buna görə də mənə qarşı çıxmaq əvəzinə, düşünürəm ki, bu, bumeranq oldu və onlara qarşı getdi.

Mənim necə insan olduğumu hamı bilir. Mənim pis xüsusiyyətlərim haqqında da hamı bilir, amma bu onlardan biri deyil.

Tam əksinə! Ən əsası odur ki, mən kim olduğumu bilirəm və irqçilik ittihamı ilə hücuma məruz qalmaq xoş deyil”.

Digər Xəbərlər
Xəbər Lenti