
Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, lider "Qalatasaray"ın da xal itirdiyi turda "Fənərbaxça" doğma meydanda "Antalyaspor"u 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu qələbə ilə "Fənərbaxça" liderlə olan xal fərqini 4-ə endirərək çempionluq şansını davam etdirir.
"Fənərbaxça" - "Antalyaspor" 3:0
Qollar: M.Müldür,9, D.Tadiç,26, Y.En Nesri,30