
Türkiyə Super Liqasında XXVI tur davam edir.
Sportinfo.az xəbər verir ki, lider “Qalatasaray” “Kasımpaşa” ilə oyundan xal itkisi ilə ayrılıb.
Matç 3:3 hesabı ilə yekunlaşıb.
“Kasımpaşa” isə doğma meydanda turnir liderindən xal qazanmasının sevincini fərqli yaşayıb.
Belə ki, ev sahibləri qarılaşmanın sonunda məşhur müğənni Hande Yenerin “Mor” mahnısını səsləndirib. Sözügedən görüntülər futbol azarkeşlərinin marağına səbəb olub.
Həmin görüntüləri təqdim edirik: