
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Qalatasaray”a qarşı mənəvi təzminat iddiası qaldırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “sarı-lacivərd”li klub məlumat yayıb.
Bildirilib ki, Mourinyo onun şəxsiyyətinə və şəxsi hüquqlarına edilən hücum səbəbi ilə “Qalatasaray”dan mənəvi təzminat tələb edir.
Təzminatın məbləği 1 milyon 907 min türk lirəsi (təxminən 88 790 min manat) həcmində müəyyən edilib.
Məbləğ simvolik məna daşıyır. Belə ki, 1907 “Fənərbaxça”nın yaradıldığı ildir.
“Qalatasaray” Superliqanın 25-ci turunda “Fənərbaxça” ilə keçirilən oyundan sonra futbolçularının ünvanına təhqiredici ifadələr işlədən Joze Mourinyonun cəzalandırılmasını istəyib.
Matçdan sonra təşkil edilən mətbuat konfransında Mourinyo rəqib futbolçularını “meymun”a bənzədib. Bu səbəbdən də “Qalatasaray” portuqaliyalını irqçilikdə ittiham edib.