Okan Buruk və Mourinyo cəzalandırıldı – Dedikləri sözə görə

28 Fevral 15:40 Türkiyə 345
Okan Buruk və Mourinyo cəzalandırıldı – Dedikləri sözə görə

Türkiyə Futbol Federasiyası (TFF) “Qalatasaray”ın baş məşqçisi Okan Buruku və “Fənərbaxça”nın çalışdırıcısı Joze Mourinyonu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, TFF-nin İntizam Komitəsinin qərarına əsasən, O.Buruk bir, Mourinyo isə dörd oyunluq cəzaya məruz qalıb.

“Qalatasaray”ın çalışdırıcısı derbidən sonra keçirilən mətbuat konfransındakı açıqlamalarına görə bu cəza ilə üzləşib.

Mourinyo isə oyundan sonra hakimlərin otağına gedərək ədalət təmsilçilərini təhqir edib.

Bundan başqa, “Fənərbaxça” qarşıdakı iki səfər oyunununu azarkeşsiz keçirməli olacaq.

Qarşılaşma qolsuz başa çatmışdı.

Digər Xəbərlər
Xəbər Lenti