
“Federasiya prezidentimi üzmək istəmirəm, ona deyirəm ki, səni aldadırlar”.
Sportinfo.az xəbər verir ki, bunu “Trabzonspor”un baş məşqçisi Şenol Günəş Türkiyə Kubokunda qrup mərhələsinin 3-cü turunda “Rizespor”la keçirilən matçdan (5:2) sonra deyib.
O, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu barəsində qalmaqallı ifadələr işlədib:
“Keçən həftə suallardan təşviq olub, bəzi açıqlamalar verdim. TFF Prezidenti Hacıosmanoğlunu incitdim.
Federasiya prezidentini incitmək istəmirəm. O, mənə zəng elədi.
Amma ona demək istəyirəm ki, səni aldadırlar, diqqətli ol, ləyaqətli adamsan, cəsur adamsan, sən tərəfsizsən.
Federasiya prezidenti önəmli vəzifədir, səni təşqviq edirlər, bəzi ifadələr işlədirlər, birinci düyməni sənə səhv bağlatdırıb, alt düymə ilə vuruşdururlar.
Yəni, oyunumuzun nizamını pozmaq üçün hər şey edirlər. İnsanlar əsəbiləşir, oyunçular əsəbiləşir, səhv etməyə başlayırlar”.
Təcrübəli çalışdırıcı Şenol Günəş “Qaziantep”lə oyundan (3-2) sonra komandasındakı zədələrə görə “Qalatasaray”ı tənqid etmişdi.
O, “Qalatasaray”ın bir futbolçusu zədələndikdə dünyanı dağıdırlar, amma biz ağzımızı açmırıq” ifadələrini işlətmişdi.