
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Fənərbaxça” ilə matçın baş hakimi Slavko Viniçi tənqid edib.
Sportinfo.az xəbər verir ki, Buruk matçın idarə olunmasından narazı qalıb.
“Çempionlar Liqasının finalını idarə edən hakimin əli titrədi. Üç dəfə heç nə olmamış fit səsləndirdi. Çox pis səhvlər etdi.
Mert voleybol oynadı, dördüncü hakim əllə oyun olduğunu dedi, ona da qulaq asmadı. Bu, türk hakimlərinə hörmətsizlikdir.
Türk olduğu üçün dördüncü hakimi dinləməmək hörmətsizlikdir. Oyundan sonra Vinçiçə dedim. Dedim ki, oyunu türk hakimlərdən daha pis idarə etdin.
Hakimin performansından narazıyam. Gözlənti yaranır, bir ətək pul verirsən, amma o, sanki matçı 0-0 bitirməyə gəlmişdi.
Məqsədim qarşıdakı 9 oyunda qələbə qazanmaqdır. Bunu futbolçularıma deyirəm.
Bu doqquz görüşdə qalib gəlsək, artıq çempion olacağıq. Hədəfimiz 9 matçda qələbə qazanmaqdır”, - deyə "Qalatasaray"ın baş məşqçisi bildirib.
Türkiyə Superliqasının 25-ci turu çərçivəsində baş tutmuş “Qalatasaray” - “Fənərbaxça” derbisi qolsuz bitib.