“Səhv etsəydi, insanlar onu öldürərdilər, bəlkə də bu qərara görə məni də öldürərdilər”

26 Fevral 12:00 Türkiyə 349
“Səhv etsəydi, insanlar onu öldürərdilər, bəlkə də bu qərara görə məni də öldürərdilər”

“Rəqibin yüksək səviyyəli futbolçuları var, amma yersiz hərəkətlər etməyə çalışırdılar.

18 yaşındakı türkiyəli futbolçumuzun vərəqə almağı üçün mübarizə apardılar, buna baxmayaraq, Vinçiç oyunu çox yaxşı idarə etdi”.

Sportinfo.az xəbər verir ki, bunu “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Qalatasaray”la (0:0) oyun haqda deyib.

“Çox yaxşı oyun oldu. Bunun səbəbi də yüksək hakim performansıdır. Referi kifayət qədər inamlı təsir bağışladı.

Müdafiədə oynatdığımız gənc oyunçu səhv etsəydi, insanlar onu öldürərdilər, bəlkə də bu qərara görə məni də öldürərdilər.

Amma meydanda ən yaxşılardan biri idi. Rəqibin çərçivəyə neçə zərbəsi və korneri var? Məncə, yoxdur.

Matçdan sonra hakimlər otağına getdim. Slavko Vinçiçə buraya gəldiklərinə və bu böyük matçı idarə etdiklərinə görə təşəkkür etdim.

Türkiyəli hakim də orada idi. Sonra ona dönüb dedim ki, əgər bu oyunu türkiyəli hakim idarə etsəydi, fəlakət olardı.

“Çempion komandayıq” demək istəyirlərsə, bunu göstərmək istəyirlərsə, hər matça əcnəbi hakim istəsinlər. Əcnəbi hakim olanda nə baş verdiyini gördük”.

Digər Xəbərlər
Xəbər Lenti