Siyasət meydanına qatıldı, Ərdoğanın partiyasına üzv oldu - Futbol ulduzu

25 Fevral 18:40 Türkiyə 317
Siyasət meydanına qatıldı, Ərdoğanın partiyasına üzv oldu - Futbol ulduzu

“Real”ın və “Arsenal”ın sabiq yarımmüdafiəçisi, iki il əvvəl karyerasını bitirən Məsut Özil Türkiyə siyasətində ilk addımlarını atır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu ötən bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın partiyasına qoşulub.

Əvvəllər Özil Türkiyə prezidenti ilə birgə ictimaiyyət qarşısında çıxış edib. O, ümumiyyətlə, siyasi kampaniyalar üçün futbolçuları cəlb etməyi xoşlayır.

Məsələn, 2018-ci ildə seçki kampaniyası zamanı tarixi vətəninin siyasəti ilə də maraqlanan Almaniya millisinin sabiq üzvü İlkay Gündoğanla şəkil çəkdirib.

Digər Xəbərlər
Xəbər Lenti