Bu gün derbi var - "Qalatasaray" - "Fənərbaxça"

18:40 Türkiyə 262
Bu gün derbi var - "Qalatasaray" - "Fənərbaxça"

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, 25-ci turda “Qalatasaray” “Fənərbaxça”nı qəbul edəcək.

“Rams Park”da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Türkiyə futbolunda hakimlərlə bağlı yaşanan davamlı problemlərə gərə qarşılaşmanı əcnəbi fit sahibi - sloveniyalı referi Slavko Vinçiç idarə edəcək.

Bu komandalar arasında ötən il keçirilən son görüşdə "Qalatasaray" 3:1 hesablı qələbə qazanıb.

Hazırda turnir cədvəlində “Qalatasaray” 63 xalla liderdir. “Fənərbaxça” isə 57 xalla 2-cidir.

21:00. "Qalatasaray" – "Fənərbaxça"

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

“Rams Park”

Digər Xəbərlər
Xəbər Lenti