
Türkiyə millisinin və “Fənərbaxça”nın futbolçusu Cengiz Ündər karyerasını ABŞ-də davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Los-Anceles” ilə anlaşıb.
Təcrübəli oyunçu MLS təmsilçisi ilə bu ilin iyun ayınadək icarə müqaviləsi imzalayacaq. O, transfer danışıqlarını yekunlaşdırmaq üçün ABŞ-yə yollanıb.
Cengiz Ündər “Fənərbaxça”ya 2023-cü ildə Fransanın “Marsel” klubundan keçib.