
Türkiyə çempionatının 25-ci turunda keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” derbisinin hakimləri dəqiqləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Oyunun baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq.
Ona yan xətt hakimləri qismində Tomas Klançnik və Andraz Kovaçiç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Kadir Sağlam yerinə yetirəcək.
Fevralın 24-də keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
“Qalatasaray” hazırda turnir cədvəlində 63 xalla 1-ci, “Fənərbaxça” isə 57 xalla 2-cidir.