İki klub da federasiyaya məktub yazdı: "Biz onu istəmirik!" - FOTO

20 Fevral 12:00 Türkiyə 634
İki klub da federasiyaya məktub yazdı: "Biz onu istəmirik!" - FOTO

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu “Qalatasaray” - “Fənərbaxça” derbisini əcnəbi hakimin idarə edəcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə mətbaut konfransında bildirib.

İ.Hacıosmanoğlu qeyd edib ki, hakimin kim olduğu həftəsonu açıqlanacaq.

TFF rəhbəri “Qalatasaray”ın “Fənərbaxça” derbisi üçün TFF-yə müraciət edərək məşhur sloveniyalı hakim Slavko Vinciçi istəmədiklərini sözlərinə əlavə edib:

“Müzakirəni dayandırmaq və hakim dostlarımızı mübahisəli vəziyyətə salmamaq üçün bu matçın baş hakimi dünya səviyyəli əcnəbi hakim olacaq”.

Türkiyə mətbuatının yaydığı xəbərlərə görə, görüşü sloveniyalı FİFA referisi Slavko Vinçiç idarə edəcək.

Fevralın 24-də keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti