"Qalatasaray" - "Fənərbaxça" derbisini əcnəbi hakim idarə edəcək

20 Fevral 00:20 Türkiyə 267
"Qalatasaray" - "Fənərbaxça" derbisini əcnəbi hakim idarə edəcək

Türkiyə Superliqasının 23-cü turunda "Qalatasaray" və "Fənərbaxça" arasında keçiriləcək derbi matçını əcnəbi hakim idarə edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu bugünkü mətbuat konfransında açıqlama verib.

O, baş hakimin adını açıqlamasa da, tanınmış bir referinin olacağını bildirib

Türkiyə mətbuatının yaydığı xəbərlərə görə, görüşü sloveniyalı FİFA referisi Slavko Vinçiç idarə edəcək.

Fevralın 24-də keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 11:00 “Biz buna məcbur idik”