
“Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin forvardı Viktor Osimhen yanvarda “Mançester Yunayted”ə keçməkdən imtina edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” qış transfer pəncərəsində 26 yaşlı Osimhenlə bağlı “Napoli” ilə anlaşıb, ancaq hücumçunun özü bu transferdən imtina edib.
Nigeriyalı forvard öz mövqeyini daha əvvəl “Qalatasaray”a mövsümü Türkiyədə başa vuracağına söz verməsi ilə əsaslandırıb.
Osimhen bu mövsüm bütün turnirlərdə 24 matçda iştirak edib, 19 qol vurub və 5 məhsuldar ötürmə verib.