
“Trabzonspor”un baş məşqçisi Şenol Güneş keçmiş klubu “Beşiktaş”la keçirilən oyundan sonra verdiyi açıqlama ilə diqqət çəkib.
Sportinfo.az xəbər verir ki, o, İstanbul təmsilçisinin ədalətli qələbə qazandığını bildirib:
“Biz məğlub olduq, “Beşiktaş” qazandı. O, şərəflə oynayıb, ədalətli qələbə qazandı.
Kaş ki, bütün böyük klublar bu niyyətdə olsaydılar. Düşünürəm ki, belə böyük komandaya qarşı yaxşı çıxış etdik”.
Qarşılaşma “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.