
Türkiyə Superliqasında 24-cü tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyun günündə bir görüş keçirilib.
Lider "Qalatasaray" səfərd "Rizəspor"la qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qaıatasaray"ın hər iki qolunu Viktor Osimhen vurub.
Turnir cədvəlinə 63 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 57 xalla 2-ci, "Samsunspor" 46 xalla 3-cüdür.
"Rizəspor" – "Qalatasaray" 1:2
Qollar: Sou, 54 - Osimhen, 47, 86