
Türkiyə Basketbol Kubokunun yarımfinalında keçirilən “Fənərbaxça” - “Qalatasaray” matçında qalmaqal yaşanıb.
Sportinfo.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri meydana yad əşyalar atıb.
Bundan sonra isə “Qalatasaray” basketbolçuları və hakimlər meydanı tərk edib.
“Fənərbaxça”lı oyunçular isə öz tərəfdarlarını sakitləşdirib. Bundan sonra isə “Qalatasaray” və hakimlər meydana qayıdıb.
Matç isə “Fənərbaxça”nın 89-74 hesablı qələbəsi ilə başa çatıb.