Türkiyə Superliqasının 23-cü turundakı “Qalatasaray” – “Adana Demirspor” oyununun VAR hakimi Yakob Sundberq artıq çempionata təyinat almayacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) qərar çıxarıb.
TFF danimarkalı referiyə bir daha etimad göstərməyəcəklərini bildirib.
“Adana Dəmirspor” ilk hissədə oyunu yarımçıq tərk edib. Klub meydan sahiblərinin lehinə verilən penaltiyə görə bu addımı atıb.