Yeni baş məşqçisi müəyyənləşdi - Millimizin hücumçusunun

08:50 Türkiyə 168
Yeni baş məşqçisi müəyyənləşdi - Millimizin hücumçusunun

Millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, L Liqa təmsilçisini Mustafa Dalcı çalışdıracaq.

51 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Mustafa Dalcının son iş yeri "Sakaryaspor" olub. "Ankaragücü" ötən gün Kemal Özdeşlə yollarını ayırıb.

54 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Kemal Özdeş ötən ilin dekabr ayında paytaxt təmsilçisinin baş məşqçisi postuna təyin olunmuşdu.

"Ankaragücü" Türkiyə 1-ci Liqasında 23 turdan sonra 30 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti