![Azərbaycanlı hücumçunu heyətdən kənarlaşdıran baş məşqçi İSTEFAYA GÖNDƏRİLDİ](https://www.sportinfo.az/media/2025/02/11/kemal-ozdes.jpg)
Azərbaycan millisinin hücumusu Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" baş məşqçisi Kemal Özdeşlə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə 1-ci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
54 yaşlı mütəxəssisin Ankara təmsilçisindəki işi heç iki ay çəkməyib. O, ötən il dekabrın 27-də komandaya baş məşqçi təyin edilmişdi.
Onu da qeyd edək ki, Renat Dadaşov bir müddət əvvəl Kemal Özdeşin istəyi ilə əsas komandadan kənarlaşdırılıb. Son günlər klubun Renatla yolları ayıracağı haqda xəbərlər də yayılıb.
"Ankaragücü" 1-ci liqada 23 turdan sonra 30 xalla 14-cü pillədə qərarlaşıb.