Klub prezidenti hirsləndi, stadionun monitorunu qopardı - OLAYIN VİDEOsu

10:00 Türkiyə 340
Klub prezidenti hirsləndi, stadionun monitorunu qopardı - OLAYIN VİDEOsu

“Adana Demirspor”un prezidenti Murat Sancak “Qalatasaray”la keçirilən oyunda stadionun oturacaqlarındakı monitoru yerindən qoparıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb matçın baş hakimi Oğuzhan Çakırın onların qapısına 12-ci dəqiqədə penalti təyin etməsidir.

M.Sancak referinin qərarına etiraz olaraq monitoru yerindən qoparıb. Yanındakılar isə onu sakitləşdirməyə çalışıb.

“Qalatasaray” – “Adana Demirspor” matçı 30-cu dəqiqədə yarımçıq dayandırılıb. Klubun prezidenti Murat Sancak hakim qərarlarına etiraz olaraq komandasından meydanı tərk etmələrini tələb edib.

“Adana Demirspor” meydanı tərk edərkən isə hesab 1:0 “Qalatasaray”ın xeyrinə olub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 20:20 Razılaşdılar - VİDEO