![Komandanı meydandan yarımçıq çıxaran prezident İSTEFA VERDİ](https://www.sportinfo.az/media/2025/02/10/img_20250210_110235.jpg)
“Adana Dəmirspor”un prezidenti Bedirhan Durak istefa verib.
sPORTİNFO.az xəbər verir ki, o, bu barədə sosial şəkəbə hesabından paylaşım edib.
“Adana Dəmirspor” ötən gün Super Liqanın 23-cü turunda “Qalatasaray”la oyunu yarımçıq tərk edib. Klub meydan sahiblərinin lehinə verilən penaltiyə görə bu addımı atıb.
Məsələ ilə bağlı Adana təmsilçisinin baş məşqçisi Mustafa Alper Avcı açıqlama verib.
Təcrübəli mütəxəssis bu qərarın ondan qaynaqlanmadığını bildirib:
“Penaltidən sonra meydançadan çıxmağımızı prezidentimiz istədi. Biz meydançada qalmaq istədik”.