Komandanın avtobusuna hücum etdilər, 3 nəfər yaralandı

01:40 Türkiyə 365
Komandanın avtobusuna hücum etdilər, 3 nəfər yaralandı

Türkiyənin Elazığ bölgəsində “Vanspor”un komanda avtobusu daşlı hücuma məruz qalıb.

Sportinfo.az xəbər verir ki, hadisə “Elazığspor”un 2:1 hesablı qələbəsi ilə başa çatan matçdan sonra baş verib.

Hadisə zamanı avtobusda olan 3 nəfər yaralanıb.

Hücumla bağlı Elazığ valisi Numan Hatipoğlu açıqlama verib:

“Meydanda baş verənlər meydanda qalmalı, idmanın birləşdirici və qardaşlığı gücləndirən ruhundan yayınmamalıdır.

Ancaq təəssüf ki, “Vanspor”un şəhərimizdən ayrılması zamanı heç istəmədiyimiz daşqalaq hadisəsi baş verdi”.

Digər Xəbərlər
Xəbər Lenti