“Qalatasaray”ın oyunu yarımçıq qaldı, meydanı tərk etdilər - VİDEO+FOTOLAR

00:00 Türkiyə 285
“Qalatasaray”ın oyunu yarımçıq qaldı, meydanı tərk etdilər - VİDEO+FOTOLAR

Türkiyə Super Liqasının 23-cü turunda “Rams Park”da oynanılan “Qalatasaray” - “Adana Demirspor” matçında gərgin anlar yaşanıb.

Sportinfo.azxəbər verir ki, Adana təmsilçisinin futbolçuları “Qalatasaray”ın 1:0 üstünlüyü ilə davam edən matçın 30-cu dəqiqəsində meydanı tərk etmək qərarına gəlib.

Buna səbəb 12-ci dəqiqədə baş hakimin “Adana Demirspor”un qapısına təyin etdiyi penalti qərarı olub.

“Adana Demirspor”un baş məşqçisi Mustafa Alper Avcının göstərişi ilə meydandan çəkilən oyunçuların bəziləri birbaşa, bəziləri isə bir müddət meydanda gözlədikdən sonra paltardəyişmə otağına yollanıb.

Beləliklə qarşılaşma təxirə salınıb.

İstanbul təmsilçisinin heyətində penaltini kluba yeni transfer olan Alvora Morata vurub.




Digər Xəbərlər
Xəbər Lenti