![Vüsal və Morata qol vurdu, “Qalatasaray” qazandı - VİDEO](https://www.sportinfo.az/media/2025/02/07/211182_k1kp0c02jd.png)
Türkiyə kubokunda 2-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi 1-ci liqa təmsilçisi "Boluspor" "Qalatasaray"ı qəbul edib.
Vüsal matçın start heyətində yer alıb. O, matçın 12-ci dəqiqəsində hesabı açmaqla komandasını irəli çıxarıb.
İsgəndərli 90 dəqiqə meydanda olub. O, 77-ci dəqiqədə sarı vərəqə alıb.
Meydan sahibləri hesabı qoruya bilməyiblər. “Qalatasaray” bundan sonra ardıcıl qollar vurmaqla qələbə qazanıb - 4:1.
İstanbul təmsiçisindən Alvaro Morata (21), Eyüp Aydın (44), Yusuf Demir (72) və Ahmet Kutucu (75) fərqlənib.
2 turdan sonra 4 xalı olan "Qalatasaray" qrupda 3-cü yerdədir. Hər iki oyunda uduzan "Boluspor" isə 5-ci yerdədir.