Xəbər verdiyimiz kimi, dünya futbolunun sabiq ulduzu, “İnter”in (Mayami) sahibi Devid Bekhem oğlu Romeo ilə birlikdə fevralın 3-ü Türkiyədə olub.
Sportinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis Fatih Terimin qızı Buse Terim Devid Bekhem ilə görüşərək onunla xatirə fotosu çəkdirib.
Şəkli öz instaqram hesabında paylaşan gənc qız bildirib: “Buna nail olduğumu deyə bilərikmi?”
Buse ötən il İtaliyada qarşılaşdığı Devid Bekhemlə şəkil çəkdirmək istəsə də, rədd cavabı almışdı.
O bu barədə sosial şəbəkədə paylaşım edərək, “Bekhem necə də vecinə almadı...”, - deyə yazmışdı.