“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonu paylaşımı ilə müzakirələrə səbəb olub.
Sportinfo.az xəbər verir ki, o, “Qalatasaray”ın “Qazientep”ə 1:0 hesabı ilə qalib gəldiyi matçdakı qalmaqallı epizoda münasibət bildirib.
Portuqaliyalı mütəxəssis oyunda İstanbul klubunun futbolçusu Davinson Sançesin əllə oynamasını həndbola bənzədib və meydan sahiblərinin qapısına penalti təyin olunmamasına söz atıb:
Mourinyo həmin epizodu paylaşaraq bu sözləri yazıb:
“Ötən bazar günü başa çatan Həndbol üzrə dünya çempionatında Portuqaliya parlaq şəkildə yarımfinala yüksəldi və mən onları belə bir nailiyyətə və ölkəmizin gənclərinə yaradacaqları təsirə görə təbrik etmək istəyirəm”.
“Qalatasaray”ın hücumçusu Mauro İkardi də instaqram hesabından Mourinyoya cavab verib.
O da “Fənərbaxça”nın matçından ələ dəyib təyin edilməyən penalti epizodunu paylaşıb.