COP29

1 illik icarə müqaviləsi imzalandı - Morata rəsmən “Qalatasaray”da

15:20 Türkiyə 134
1 illik  icarə müqaviləsi imzalandı - Morata rəsmən “Qalatasaray”da

“Qalatasaray” “Milan”ın futbolçusu Alvaro Moratanı heyətinə cəlb etdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı hücumçu ilə 1 illik icarə müqaviləsi imzalanıb.

Klub Moratanın transferinin detalları ilə bağlı rəsmi açıqlama da yayıb.

İstanbul təmsilçisi 32 yaşlı futbolçunun icarəsi üçün “Milan”a 6 milyon avro ödəyəcək. “Sarı-qırmızılar” futbolçunun özünə də 6 milyon avro maaş verəcək.

“Qalatasaray” gələn ilin yanvarında satınalma şərtini aktivləşdirsə, “Milan”a 8 milyon avro ödəməlidir. Bildirilib ki, bu ödəniş 6 hissəyə bölünə bilər.

“Milan” Alvaro Moratanı mövsümün əvvəlində “Atletiko”dan transfer edib. İspaniya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 25 rəsmi matçda 6 qol vurub, 2 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti