“Qalatasaray”da icarə əsasında çıxış edən Viktor Osimhen karyerasını İtaliya A Seriyasının top-klubunda davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” nigeriyalı hücumçunu komandadan ayrıla biləcək serbiyalı Duşan Vlahoviçin əvəzləyicisi kimi nəzərdən keçirir.
26 yaşlı Osimhenin müqaviləsi “Napoli”yə məxsusdur. Onun “Qalatasaray”la icarə müqaviləsi bu il iyunun sonunda başa çatacaq.