COP29

“Fənərbaxça” daha bir tanınmışı transfer etdi - Onu “Qalatasaray” da istəyirdi

15:20 Türkiyə 272
“Fənərbaxça” daha bir tanınmışı transfer etdi - Onu “Qalatasaray” da istəyirdi

“Fənərbaxça” Dieqo Karlosdan sonra “Qalatasaray”ın transfer etmək istədiyi daha bir futbolçunu heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, İstanbul nəhəngi PSJ-nin müdafiəçisi Milan Şkrinyarın keçidini həll edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Slovakiyalı futbolçu mövsümün ikinci ayrısını icarə əsasında Türkiyə klubunda keçirəcək. 29 yaşlı mərkəz müdafiəçisi “Fənərbaxça" ilə müqavilə imzalamaq üçün İstanbula yola düşüb.

Milan Şkrinyar 2023-cü ilin yayında “İnter”lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə PSJ-yə keçmişdi.

Slovakiya millisinin üzvü olan təcrübəli oyunçu bu mövsüm Paris təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti