Bülent Korkmazın yeni iş yeri məlum olub.
Sportinfo.az xəbər verir ki, 56 yaşlı məşqçi “Erokspor”a baş məşqçi təyin edilib.
Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Erokspor” hazırda Türtkiyə 1-ci liqasında 14-cü sıradadır.
B.Korkmaz 2009-2010 mövsümündə Azərbaycanda "Bakı" klubunu çalışdırıb.
Son klubu "Rizəspor" olan mütəxəssis “Kayserispor”, “Bursaspor”, “Gənclərbirliyi”, “Qalatasaray”, “Karabükspor”, “Başakşehir” və “Mersin İdman Yurdu”nu da çalışdırıb.