“Hatayspor”un prezidenti Hikmət Çinçin Azərbaycan millisinin üzvü Renat Dadaşova görə transfer qadağası ilə üzləşmələri haqda danışıb.
Sportinfo.az xəbər verir ki, o, "Radyospor"a açıqlamasında deyib ki, Dadaşova edilməli olan ödəniş həyata keçirilsə də, intizam cəzası ilə üzləşibər:
"Renat Dadaşovun sənədinə görə cəzalandırıldıq. Onun ödənişi həyata keçirilib.
Lakin bu, intizam cəzasıdır. Bu cəzalar liqamızın və futbolumuzun keyfiyyətinə mənfi təsir göstərir.
Ortada ciddi bir iş var. "Hatayspor'da yaşanan laqeydlik kimi proseslərə FİFA da qarışdı və təəssüf ki, iki transfer dövrünü əhatə edən cəza aldıq.
Biz bu prosesi FİFA və İsveçrə Məhkəməsinə çatdıracağıq".
Hazırda Türkiyə 1-ci liqa təmsilçisi "Ankaragücü"də çıxış edən Renat Dadaşov 2023/2024 mövsümündə Hatay klubunda oynayıb və 31 oyunda 6 qol vurub.