“Qalatasaray” “Mançester Siti”də çıxış edən İlkay Gündoğanı heyətinə cəlb etmək istəyir.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Bildirilib ki, İstanbul təmsilçisi almaniyalı futbolçuya 5 milyon avroluq müqavilə təklif edib.
2016-2017 mövsümünün əvvəlində “Borussiya Dortmund”dan 27 milyon avroya “Mançester Siti”yə transfer olunan İlkay 2023-cü ilə qədər klubla 5 dəfə Premyer Liqa, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.
2023-2024 mövsümünün əvvəlində “Barselona”ya transfer olunan türk əsilli alman ulduz daha sonra Mançester klubuna geri qayıdıb.
Bu mövsüm 26 matçda meydana çıxan Gündoğan 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.