COP29

Azərbaycanlı futbolçuların çıxış etdiyi komandaya qadağa qoyuldu

05:00 Türkiyə 392
Azərbaycanlı futbolçuların çıxış etdiyi komandaya qadağa qoyuldu

Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin formasını geyindiyi "Ankaragücü" komandasının azarkeşlərinin Türkiyənin I Liqasında "Amedspor"a qarşı səfər matçında iştirakına təhlükəsizlik səbəbindən qadağa qoyulub.

Sportinfo.az xəbər verir ki, bu barədə Diyarbəkir vilayətinin İdman Təhlükəsizliyi Şurası qərar çıxarıb.

Qurum sözügedən görüşə təhlükəsizlik məqsədilə qonaq azarkeşləri buraxmamaq qərarına gəlib. Buna səbəb komandalar arasında keçirilən əvvəlki oyunlarda yaşanan qalmaqallardır.

2016-cı ildə Ankarada baş tutan görüşdə meydan sahiblərinin rəhbərliyində yer alan şəxslər qonaq klubun İdarə Heyətinin üzvlərinə hücum edərək qalmaqal yaratmışdılar.

Nəticədə "Amedspor"un sözçüsü Haldi Soran Mızrak ölümcül şəkildə döyüldükdən sonra tribunadan aşağı atılmışdı. Həmin vaxtdan bəri bu kollektivlər arasında keçirlən oyunlarda gərginlik yaşanır.

"Amedspor" - "Ankaragücü" matçı bazar günü keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti