COP29

“İstefa” şüarına görə stadionda əlbəyaxa dava etdilər - Həmin o VİDEO

6 Yanvar 10:00 Türkiyə 442
“İstefa” şüarına görə stadionda əlbəyaxa dava etdilər - Həmin o VİDEO

Türkiyə Superliqasının 18-ci turunda “Fənərbaxça” evdə “Hatayspor”u qəbul edib.

Sportinfo.az xəbər verir ki, görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Fənərbaxça”nın heyətində En-Nesiri dubla imza atıb (17, 45+5). “Hatayspor”dan isə 33-cü dəqiqədə Bilal Butobba fərqlənməyi bacarıb.

Bundan başqa, matçda gərgin anlar yaşanıb. “Fənərbaxça” azarkeşləri arasında dava düşüb.

Belə ki, qarşılaşma zamanı “sarı-lacivərd”li azarkeşlər klubun idarəçilərini istefaya səsləyib, eləcə də “Ali Koç istefa!”, “İdarə heyəti istefa!” şüarları səsləndiriblər. Bu da azarkeşlər arasında mübahisəyə səbəb olub.

Hazırda turnir cədvəlinə 47 xalla “Qalatasaray” liderlik edir. “Fənərbaxça” 39 xalla 2-cidir. “Hatayspor” isə 9 xalla 18-ci yerdə qərarlaşıb.

Görüntüləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti